21.6 C
Baku
Monday, October 7, 2024

Heyvandan götürülən nümunə

1887-ci ilə qədər bütün qaçış idman yarışçıları start xəttində düz şəkildə, yəni bədənlərinə önə əymədən dayanırdılar.  Amerikalı qaçış yarışçısı Ç.Şerill də məhz belə edirdi.

Lakin o bir dəfə zooparkda gəzərkən kenquruların hərəkətə başlamazdan əvvəl özlərini sanki yerə sıxdıqlarını müşahidə edir.

Bu hadisəni müşahidə edən atlet gördüklərini öz məşqçisi ilə bölüşür və Şerill ilk yarışdaca starta azca yerə çökərək başlayır. Tamaşaçılar və onun rəqibləri Şerillin bu hərəkətini gülüşlə qarşıladılar. Yarışın hakimi isə idmançının hələ qaçışa hazır olmadığını zənn edərək startı ləngidir. Lakin Şerillin yarışa bu formada başlamaq istədiyi məlum olduqda yarışa start verilir və yenilikçi idmançı starta fərqli başlayaraq yarışın qalibi olur.

Son xəbərlər
Digər xəbərlər