Tanzaniyanın şimalında, Keniya ilə sərhədin yaxınlığında dərinliyi 3 metrə yaxın kiçik bir göl yerləşir. Bu gölün adı da natron mineralının adından əmələ gəlmişdir. Mövsümdən asılı olaraq gölün üzəri Şərqi Afrika dərəsindən gələn vulkanik kül ilə birgə mineral duzlarla örtülə bilər.
Gölün qələviliyi 9–10,5 pH arasında dəyişə bilər, onun temperaturu isə 60 °C-ə çatır. Bu səbəbdən də onun üzərinə düşən hər bir canlı (xüsusən də quşlar) dərhal həlak olurlar. Bu zaman onların qalıqları mineral maddələrlə örtülür və daşlaşmağa başlayır. Suyun tərkibi və üzəri təmiz olduqda isə burada cəmi bir neçə növ balıq yaşayır. Göldə qələvilik səviyyəsi artdıqda isə burada bir neçə növ bakteriyalar fəallaşmağa başlayır və onların həyat fəaliyyəti gölü al qırmızı rəngə boyayır.
Yeri gəlmişkən gölün heyvanları daşa çevirməsini ilk dəfə fotoqraf Nik Brandt Afrikaya səfəri zamanı aşkar etmişdi. O həlak olmuş heyvanları sanki canlıymış kimi qoyaraq bu heyrətamiz kadrları yaratmışdır.
Comments are closed.