Təsəvvür edin ki, maşınların çox olduğu küçədən keçməyə hazırlaşırsınız. Sağınıza baxırsınız və iki addımlıq məsafədə maşın görürsünüz. Sonra sol tərəfə baxırsınız və yolun bu istiqamətinin boş olduğunu başa düşürsünüz. Yolu keçəcəksiniz? Yox. Niyə yox? Çünki beyniniz sağ tərəfdə gördüyünüz maşın haqqında xatirəni hələ də yaddaşda saxlayır.
Hal-hazırda görmədiyiniz şeyləri xatırlamaq bacarığı yaddaşımızda özümüzün tapdığımız fiziki kontekstin bütöv mənzərəsini yaratmağa və saxlamağa imkan verir.
“Siz hara baxdığınızdan və bu anda nələrə diqqət etdiyinizdən asılı olmayaraq, gerçək əşyaların harada olduğunu bilməlisiniz. Lakin bununla yanaşı, xarici dünya haqqında təsəvvür hər dəfə ətrafınıza baxanda dəyişəcək”, – deyə Pikauer adına tədris İnstitutunun yeni tədqiqatının müəllifi Skott Brinkat söyləyir.
Neuron tərəfindən nəşr olunan bu araşdırma beynin fəaliyyətini izah edir.
Böyük şəklin iki tərəfi
Xatirələrin yadda saxlanılmasına gəldikdə, insan beynini sol və sağ yarımkürələri bir-birindən asılı olmayaraq fəaliyyət göstərir – solda gördüklərimiz dərhal sağ yarımkürənin yaddaşında qalır və əksinə.
Bununla belə Pikauer İnstitutunun tədqiqatçıları əks istiqamətdə baxdığımız və ya gördüyümüz obyektin yerini dəyişdiyini seyr etdiyimiz an hər şeyin daha maraqlı olduğunu tapdılar.
Məsələn, küçədən keçərkən bir nəfər sağa baxanda və yaxınlaşan avtomobili görəndə bu barədə məlumat beynin sol yarımkürəsində saxlanılır. Sol tərəfə baxanda bu yaddaşın bir nüsxəsi sürətlə sağ yarımkürəyə göndərilir və beyin bunun bir xatirə olduğunu başa düşür. Nəticədə işləyən yaddaş insan bir istiqamətdə baxsa da, hər iki tərəfdən xəbərdar olur.
“Əgər bunu bacara bilməsəydik, – deyə tədqiqatın aparıldığı laboratoriyanın sahibi Erl Miller söyləyir, – yalnız qarşımızda baş verənlərə reaksiya göstərən sadə canlılar olardıq. Lakin müəyyən məlumatları yaddaşda saxlaya bildiyimiz üçün etdiyimiz iş üzərində iradi nəzarətə sahibik. Bir sözlə, hər şeyə anidən reaksiya verməyə ehtiyacımız yoxdur, bunu sonraya təxirə sala bilərik”.
Heyvanların oynadığı oyunlar
Təcrübələr zamanı meymunlara ekranda bir neçə dəqiqə əvvəl gördükləri ilə üst-üstə düşməyən obyektləri, məsələn, banan şəklini təyin etmək öyrədildi. Bu məqsədə çatmaq üçün onlar ilkin obyekti yaddaşlarında saxlamalı idilər.
Bu baş verdikdə, tədqiqatçılar hər iki yarımkürənin prefrontal hissəsindəki yüzlərlə neyronun elektrik fəaliyyətini izləyirdilər. Alimlər yaddaşın ötürülməsi prosesini daha yaxından tədqiq etdilər. Əslində, bu proseslər saniyədən də az vaxt çəkir, buna görə də təcrübə zamanı proqram dekoderi tətbiq edildi.
Təcrübələr meymunların ekranın bir tərəfinə baxdığı, obyektin isə mərkəzdə göründüyü an başlayırdı. Heyvanlar cismin əsasən bir tərəfə aid olduğunu qəbul etdikləri üçün tədqiqatçılar ilkin yaddaşın müvafiq yarımkürədə, nüsxənin isə digərində saxlandığını aşkar etdilər.
Tədqiqatçılar meymunları baxışlarını bir tərəfdən digər tərəfə köçürməyə məcbur etmirdilər – onlar xatirələrin necə yazıldığını müşahidə etdilər. Bu dəyişikliklərdən sonra meymunlar ekranın ilkin görüntüsü ilə üst-üstə düşməyən cisimləri görməyə başladılar. “Bu proseslər bizə sadə görünür, amma əslində bu belə deyil”, – deyə Miller qeyd edir.
Sinxronluğun sirri
Yaddaş bir yarımkürəsindəki qrup neyrondan digər neyron qrupuna köçürülür. Sirlərdən biri yarımkürələrin eyni obyekti xatırlamaq üçün fərqli sinir ansambllarından istifadə etməsidir.
Millerin sözlərinə görə, əvvəllər alimlər fərdi neyronların xatirələrin saxlanılmasından məsul olduğunu düşünürdülər. Lakin zamanla bu fərziyyənin yanlışlığı ortaya çıxdı.