14 C
Baku
Sunday, November 24, 2024

Heyvanların qeydiyyata alınması nə üçün zəruridir?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə (HİQS) dair yeni videoçarx hazırlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, videoçarxda HİQS və bu sistemin üstünlükləri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, heyvan sağlamlığı və qida təhlükəsizliyi baxımından əhəmiyyətli olan sistemin tətbiqi heyvanların genetik xətt üzrə izlənməsinə və damazlıq işinin təşkilinə töhfə verir. Həmçinin ixrac prosesinin asanlaşmasına münbit şərait yaradır. Heyvanların identifikasiyası, heyvan və heyvan mənşəli məhsulların izlənilməsi ölkəmizdə bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunmasında xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, sahibkarlıq subyektləri həmin videoçarx vasitəsilə HİQS və sistemin üstünlükləri barədə ətraflı məlumat əldə edə biləcəklər.

HİQS-ə dair yeni videoçarxla linkə keçid edərək tanış olmaq mümkündür.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər