7 C
Baku
Sunday, December 15, 2024

Hicran Hüseynova görüşə helikopterlə getməyindən danışıb

“Komitənin nə yaxtası var, nə təyyarəsi. Ən aşağı büdcəsi olan komitədir”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağdama helikopterlə getməsi ilə bağlı yayılan tənqidlərə cavab verərkən deyib.

O qeyd edib ki, həmin zaman maşını xarab olub: “Onun təmirini gözləmək gec idi. Qəbul günü var idi. Hərbçilərə zəng edib xahiş etdim ki, kim ora gedəcəksə məni də aparsın. Mən sərhəd zonasına hərbçilərlə getmişəm. Bu, komfort bir gediş deyildi. 

Əslində təhkükəli gediş idi. Ancaq qısa müddətdə Ağdama çatdım. 30-dan çox qadını qəbul etdim. Elə qadınlar var idi ki, onlara operativ dəstək verdik. Ən vacibi odur ki, mən kefə və kurorta getməmişəm. Mən sərhəd zonasına getmişəm. 12 saat yolu gedib-gəlməkdənsə 5 saatı mən qadınlara sərf etdim”.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər