24 C
Baku
Thursday, June 30, 2022

Hikmət Hacıyev: “ABŞ şirkətlərini azad edilmiş ərazilərə sərmayə yatırmağa həvəsləndiririk”

“Enerji təhlükəsizliyi ABŞ-Azərbaycan əməkdaşlığının vacib komponentidir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib.

 

O bildirib ki, ABŞ hökumətinin dəstəyi və ABŞ şirkətlərinin aktiv iştirakı Azərbaycan üçün beynəlxalq bazarlara öz karbohidrogen resurslarını müstəqil və birbaşa şəkildə ixrac etmək imkanı yaradır: “Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən çox investisiya qoyduğu ölkədir və bu təxminən 19 milyard ABŞ dolları təşkil edir. Azərbaycanda təxminən 300 ABŞ şirkəti fəaliyyət göstərir. Azərbaycan da, həmçinin ABŞ iqtisadiyyatına investisiya qoyulmasına təşviq edir. Lakin biz iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün daha çox iş görməliyik. Azad edilmiş ərazilərin bərpası Azərbaycan hökumətinin fəaliyyətinin qarşısındakı prioritetdir. Biz, həmçinin ABŞ şirkətlərini (azad edilmiş ərazilərə-red.) sərmayə yatırmağa və Azərbaycan hökumətinin bu ərazilərdəki yenidənqurma, reabilitasiya və bərpa cəhdlərinin dəstəklənməsində daha aktiv iştiraka həvəsləndiririk. Bizim dağıntılardan 7 yeni şəhər tikilməsi ilə bağlı öhdəliyimiz var, azad edilmiş ərazilərdə hər şey dağıdılıb”.

H. Hacıyev vurğulayıb ki, Azərbaycan əsas təhlükəsizlik çağırışını həll edərək təhlükəsizliyə əsaslanan xarici siyasət konsepsiyasından iqtisadi siyasət konsepsiyasına keçir.

Son xəbərlər
Oxşar xəbərlər