11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Hikmət Hacıyev: Ermənistan döyüş sahəsini genişləndirməyə çalışır

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycana hücumları ilə bağlı mətbuata açıqlama verdi.

Hacıyevin açıqlamalarında bildirilir ki, Oktyabrın 11-də Gəncəyə skud raketlə hücum edildi. ATƏT və ATƏT bölgəsi tarixində ilk dəfə bu cür kütləvi və dağıdıcı bir hücum həyata keçirildi.

“Bu gecə Kəlbəcər bölgəsində Ermənistan ordusu tərəfindən taktiki raket sistemləri yerləşdirildi və bu sistemlər atəşə hazır vəziyyətə gətirildi. Azərbaycan beynəlxalq humanitar hüquqa əsaslanaraq bu raket sistemlərini özünümüdafiə əsasında məhv etdi. Bu addım mülki əhalimizi qorumaq üçün atıldı, lakin hücumlar bitməyib. Azərbaycanın digər bölgələrini hədəf alan raket sistemləri də quraşdırılmışdır. Ermənistan Gəncəyə etdiyi kimi mümkün qədər çox mülki şəxsi öldürmək üçün hücumlar təşkil edir. Döyüş sahəsini genişləndirməyə və qarşıdurmaya digər tərəfləri cəlb etməyə çalışır.” deyə Hikmət Hacıyev qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər