“Ermənistanla Azərbaycan arasında müzakirələrin konstruktivliyi hazırda sülh prosesinin hər iki ölkənin əlində olması və qərarların məhz hər iki dövlət tərəfindən qəbul edilməsi ilə əlaqəlidir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.
“Nə Rusiya, nə Avropa İttifaqı, nə də ABŞ bu danışıqlarda təmsil olunurdu. Salonda ermənilər və azərbaycanlılar var idi. Bizim aramızda sivil formada bir dialoq baş tutdu. Bizə kiminsə sülh şəraitində necə yaşamağı diktə etməsinə ehtiyac yoxdur. Hələ də diplomatik münasibətlərimizin olmamasına baxmayaraq, aramızda çox məhsuldar danışıqlar baş tutdu”.