ABŞ-ın radikal, şovinist erməni lobbi qruplarının Fransada TF1 heyətinə qarşı olduğu kimi “New York Times”a qarşı da hücumlarını və təhdidlərini qətiyyətlə pisləyirik. İfadə azadlığını azad medianı boğmağa çalışırlar. Həmin reportajın bəzi hissələri ilə biz də razılaşmaya bilərik, lakin işlərinə hörmət edirik”.
Modern.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev tvitter səhifəsində yazıb.