9 C
Baku
Monday, November 18, 2024

“Hikmət-Ziya Kredit İttifaqı”nın sədri dəyişib

Füzuli rayonunda qeydiyyatda olan kredit ittifaqı “Hikmət-Ziya Kredit İttifaqı” MMC-nin rəhbəri dəyişib.

Banker.az-a daxil olan məlumata görə, Hüseynov Şakir Sərxan oğlu “Hikmət-Ziya Kİ”nın İdarə Heyətinin sədri təyin edilib.

Ş.Hüseynov bu vəzifədə Quluzadə Daşqın Məhərrəm oğlunu əvəzləyib.

“Hikmət-Ziya Kİ” 2007-ci ildə Füzuli rayonun Horadiz şəhərində dövlət qeydiyyatına alınıb. Kİ-nin nizamnamə kapitalı 4 800 manatdır. Kredit bazarında çıxış etmək üçün rəsmi Mərkəzi Bankdan lisenziyası var.

1 yanvar 2023-cü ilin audit hesabatına görə onun 229 020 manat kredit portfeli var.

Xatırladaq ki, qanunvericiliyə görə Kredit İttifaqı üzvlərin ümumi yığıncağı, müşahidə şurası, idarə heyəti və kredit komissiyası tərəfindən idarə olunur.

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

ƏLAVƏ:

cedvel

Son xəbərlər
Digər xəbərlər