Beynəlxalq otellər şəbəkəsi olan Hilton otel biznesi tarixində ilk olan ən iri həcmli IPO-ya hazırlaşır. Səhmlərin ilkin yerləşdirilməsi gedişində dünyaca məşhur brend 2,3 milyard dollar cəlb etmək niyyətindədir.
İnvestorlara 117 milyon səhmdən bir qədər çox səhm 20 dollara təqdim ediləcək. Beləliklə, Hilton otellər şəbəkəsinin bazar dəyəri təqribən 20 milyard həcmində qiymətləndirilir. HLT tikeri ilə qiymətli kağızlar ilə hərrac bu gün Nyu-York fond birjasında başlanacaq.