18 C
Baku
Sunday, September 8, 2024

“Hilton” və “Hyatt” Rusiyada biznesin inkişafını dayandırır

Amerikanın “Hilton” və “Hyatt” otel şəbəkələri Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyada bizneslərinin inkişafını dayandırmaq qərarına gəliblər.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü şirkətlərin mətbuat xidməti məlumat yayıb.

“Rusiyadakı inkişaf fəaliyyətimizi və bütün investisiyalarımızı dayandırmaq qərarına gəldik. Biz Rusiyadakı hotel fəaliyyətini qiymətləndirməyə və ABŞ hökumətinin bizə tətbiq etdiyi sanksiyalara və direktivlərinə əməl etməyə davam edəcəyik”, – mesajda bildirilib.

“Hilton” rəhbərliyinin nümayəndələri də “Rusiyadakı bütün inkişaf fəaliyyətini dayandırıldığını, Moskvadakı ofislərim bağlandığını və Rusiyadakı fəaliyyətdən əldə edilən gəliri Ukraynaya humanitar yardıma ayrıldığını” vurğulayıblar.

Fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putin Donbas respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. O, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalının daxil olmadığını qeyd edib. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib

 

Son xəbərlər
Digər xəbərlər