Himalay havanın təmizlənməsi səbəbindən 200 km məsafədən görünür – 30 ildə ilk dəfə

Himalay dağı

Himalay dağı koronavirus səbəbindən tətbiq edilən karantinə görə hava çirklənməsi səbəbindən 30 ildən sonra ilk dəfə Hindistanın bir neçə yerindən görünməyə başlayıb.

Banker.az xəbər verir ki, bu barədə “The Independent” yazır.

Təmiz hava şəraitində Hindistanın şimal hissəsində yerləşən Pəncab ştatından bu dağın fotosu paylaşılıb ki,  bu da 200 km həmin dağdan uzaq məsafədə yerləşir.

1,4 milyarda qədər əhaliyə sahib olan Hindistanda 21 günlük COVID-19 pandemiyasının yayılmaması səbəbindən karantin rejmi tətbiq edilib, bu da zavod, nəqliyyat və bir sıra iaşə obyektlərinin dayanması ilə nəticələnib.

Çirkli hava dumanının azalmasından sonra açılan bu mənzərəni sakinlər sosial şəbəkələrdə təccüblə paylaşmalı olublar.