24 C
Baku
Wednesday, October 9, 2024

Himayədar ailəyə uşağa görə müavinətin verilməsi qaydası müəyyənləşib

Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edib.

Himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin imzalandığı gündən ən geci 5 (beş) iş günü müddətində himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət, habelə himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) olmaqla, birdəfəlik müavinət təyin edilir.

Təyin edilmiş müavinətlər bu Qaydaların 5.4-cü bəndinə uyğun olaraq ödənilir.

Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətə aid işlər Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarında 20 il müddətində saxlanılacaq.

Qeyd edək ki, 5.4-sü bəndə əsasən, mühasibat uçotu sektorunun məsləhətçisi tərəfindən müavinət işi üzrə şəxsi hesab (4 nömrəli əlavə) açılır, bank və ya poçt müəssisəsinə müavinət, təqaüd və kompensasiya ödəmək üçün tapşırıq vərəqələri (5 nömrəli əlavə) hazırlanır və Qurumun direktoru tərəfindən təsdiq edildikdən sonra bank və ya poçt müəssisəsinə göndərilir. Ödəniş plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirildikdə isə bank müəssisəsinə plastik kartın hazırlanması üçün sifariş verilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər