5 C
Baku
Monday, December 16, 2024

Himayədən məhrum olmuş uşağa görə aylıq müavinətin məbləği artdı

2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət də təsis edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlıumata görə, yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.

Ötən il reinteqrasiya tədbirləri də davam etdirilib və nəticədə son bir ildə 89 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub

 

 

Son xəbərlər
Digər xəbərlər