“Himayədar ailə” modelinin tətbiqi istiqamətində normativ hüquqi bazaların yaradılması, qurumlar arasında razılaşdırılması və təsdiq edilməsi istiqamətində işlərə başlanılıb.
Bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev deyib.
O bildirib ki, həmçinin normativ hüquqi bazaya uyğun idarəetmənin qurulması üçün elektron altsistemin hazırlanması prosesi gedir:
“Bu istiqamətdə beynəlxalq təcrübə öyrənilir. Digər tərəfdən prosesin icrası üçün işçi heyət hazırlanır”.