25 C
Baku
Wednesday, September 28, 2022

Hind braxması Çanakya Panditdən 30 sitat

Məhşur hind braxması Çanakya Panditdən:

  1. Ən böyük müdriklik sirlərini heç kimlə bölüşməməkdir. Bu sizi məhv edər.
  2. İnsan həddindən artıq düz (dürüst) olmamalıdır. Meşədə hər zaman birinci düz ağaclar kəsilir.
  3. Təhsil (elm) sizin ən yaxşı dostunuzdur. O, gözəllik və cavanlıqdan daha üstündür. Elmli insana həmişə hörmət olunur.
  4. Heç vaxt özünüzdən üstün və aşağı olanlarla dostluq etməyin. Bu əlaqə heç vaxt xoşbəxtlik gətirmir.
  5. Cahil (axmaq) üçün kitab, kor üçün güzgü kmidir
  6. Beş yaşına kimi övladlarınızı sərvət kimi qoruyun, sonrakı illəri onu dəmir iradəylə böyüdün, on altı yaşa çatanda isə onunla dostunuz kimi davranın. Sizin yetkin uşaqlarınız sizin ən yaxşı dostlarınızdır.
  7. İnsan gördüyü işlərlə yüksələr.
  8. Güllərin ətri küləyin apardığı yerə qədərdir, xeyirxahlığın sədası isə hüdüdsuzdur.
  9. Bir işə başladığınız zaman büdrəməkdən qorxub yarı yolda buraxmayın, özünü tam sevdiyi işə həsr etmiş insanlar xoşbəxtlik tapır dünyada.
  10. Gənclik və qadın gözəlliyi bu dünyanın ən boyük gücüdür.
  11. Qəlbinizə vəsvəsə, qorxu gəldikdə onu qovun və qalib gəlməyi bacarın.
  12. Bir işi başlamazdan əvvəl 3 sualı özünüzə mütləq verin: 1-Bu işi niyə edirəm? 2-Nəticəsi nə olacaq (nə qazanacam)? 3-Bu işin mənə nə faydası və uğuru olacaq? Bu suallara tam, əmin cavab tapdıqdan sonra başlayın.
  13. Bütün dostluqlarda az da olsa eqoizm var. Bu, acı bir həqiqətdir.
  14. İlanın zəhəri olmasa bele, özünü zəhərli kimi göstərir.
  15. Özgə səhvlərindən dərs çıxarmağı bacarın. Sizin öz səhvlərinizdən dərs çıxarmağa ömrünüz çatmaz.
  16. İstənilən işin uğuru, onu necə gizli saxlamağından aslıdır. Sonra çatdırdıqdan sonra onun haqqında hamıya danışmaq olar.
  17. Düşmənin zəif tərəfini aşkar etmədən onunla əlaqələri korlamağa dəyməz.
  18. Sözün hərarəti alovdan daha betər yandırır.
  19. Özgənin qüsurları haqqında danışanlar öz nöqsanlarını göstərərlər
  20. Problemi dəfedilməyəcək saymaq ağılsızlıqdır.
  21. Gözlərinin içinə baxıb arxandan vuran düşməndən qaç, onlar südün altında gizlədilmiş zəhər tasıdır.
  22. Yaxşı insan başqasının uğurunu da öz uğuru kimi qəbul edəndir (sevinəndir).
  23. Hərdəmxəyal uğur qazana bilməz.
  24. Almaq, qorumaq, inkişaf etdirmək və qənimətləri bölüşmək dövlətin əsas meyarlarıdır.
  25. Müdrik valideynlər övladların cəmiyyətə yararlı tərbiyə edərlər.
  26. Etibarı qorumaq lazımdı, yeri gəldikdə isə ona görə canını belə vermək olar.
  27. Şir ac olsa belə leş yeməz.
  28. Çayda silah gəzdirən adama, buynuzlu heyvana, caynağı olan qadına və şah ailəsinə əsla güvənmə.
  29. Əliəyri arvad, pis dost, həyasız qulluqçu və ilanla bir evdə yaşamağın ölümlə heç bir fərqi yoxdur.
  30. İşçını işini yerinə yetirəndə, qohumu çətinliyin olanda, dostu ağır günündə, arvadı isə uğursuzluğunda tanıyarsan.

Müəllif: Aliyə Nuru

Son xəbərlər
Oxşar xəbərlər