Məhşur hind braxması Çanakya Panditdən:
- Ən böyük müdriklik sirlərini heç kimlə bölüşməməkdir. Bu sizi məhv edər.
- İnsan həddindən artıq düz (dürüst) olmamalıdır. Meşədə hər zaman birinci düz ağaclar kəsilir.
- Təhsil (elm) sizin ən yaxşı dostunuzdur. O, gözəllik və cavanlıqdan daha üstündür. Elmli insana həmişə hörmət olunur.
- Heç vaxt özünüzdən üstün və aşağı olanlarla dostluq etməyin. Bu əlaqə heç vaxt xoşbəxtlik gətirmir.
- Cahil (axmaq) üçün kitab, kor üçün güzgü kmidir
- Beş yaşına kimi övladlarınızı sərvət kimi qoruyun, sonrakı illəri onu dəmir iradəylə böyüdün, on altı yaşa çatanda isə onunla dostunuz kimi davranın. Sizin yetkin uşaqlarınız sizin ən yaxşı dostlarınızdır.
- İnsan gördüyü işlərlə yüksələr.
- Güllərin ətri küləyin apardığı yerə qədərdir, xeyirxahlığın sədası isə hüdüdsuzdur.
- Bir işə başladığınız zaman büdrəməkdən qorxub yarı yolda buraxmayın, özünü tam sevdiyi işə həsr etmiş insanlar xoşbəxtlik tapır dünyada.
- Gənclik və qadın gözəlliyi bu dünyanın ən boyük gücüdür.
- Qəlbinizə vəsvəsə, qorxu gəldikdə onu qovun və qalib gəlməyi bacarın.
- Bir işi başlamazdan əvvəl 3 sualı özünüzə mütləq verin: 1-Bu işi niyə edirəm? 2-Nəticəsi nə olacaq (nə qazanacam)? 3-Bu işin mənə nə faydası və uğuru olacaq? Bu suallara tam, əmin cavab tapdıqdan sonra başlayın.
- Bütün dostluqlarda az da olsa eqoizm var. Bu, acı bir həqiqətdir.
- İlanın zəhəri olmasa bele, özünü zəhərli kimi göstərir.
- Özgə səhvlərindən dərs çıxarmağı bacarın. Sizin öz səhvlərinizdən dərs çıxarmağa ömrünüz çatmaz.
- İstənilən işin uğuru, onu necə gizli saxlamağından aslıdır. Sonra çatdırdıqdan sonra onun haqqında hamıya danışmaq olar.
- Düşmənin zəif tərəfini aşkar etmədən onunla əlaqələri korlamağa dəyməz.
- Sözün hərarəti alovdan daha betər yandırır.
- Özgənin qüsurları haqqında danışanlar öz nöqsanlarını göstərərlər
- Problemi dəfedilməyəcək saymaq ağılsızlıqdır.
- Gözlərinin içinə baxıb arxandan vuran düşməndən qaç, onlar südün altında gizlədilmiş zəhər tasıdır.
- Yaxşı insan başqasının uğurunu da öz uğuru kimi qəbul edəndir (sevinəndir).
- Hərdəmxəyal uğur qazana bilməz.
- Almaq, qorumaq, inkişaf etdirmək və qənimətləri bölüşmək dövlətin əsas meyarlarıdır.
- Müdrik valideynlər övladların cəmiyyətə yararlı tərbiyə edərlər.
- Etibarı qorumaq lazımdı, yeri gəldikdə isə ona görə canını belə vermək olar.
- Şir ac olsa belə leş yeməz.
- Çayda silah gəzdirən adama, buynuzlu heyvana, caynağı olan qadına və şah ailəsinə əsla güvənmə.
- Əliəyri arvad, pis dost, həyasız qulluqçu və ilanla bir evdə yaşamağın ölümlə heç bir fərqi yoxdur.
- İşçını işini yerinə yetirəndə, qohumu çətinliyin olanda, dostu ağır günündə, arvadı isə uğursuzluğunda tanıyarsan.
Müəllif: Aliyə Nuru