8 C
Baku
Friday, December 13, 2024

Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüs işə salınıb

ABŞ prezidenti Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib.

Banker.az xəbər verir ki, ABŞ prezidenti bunu Yaponiyaya səfəri zamanı açıqlayıb.

O qeyd edib ki, IPEF (Indo-Pacific Economic Framework) təşəbbüsünə ilkin mərhələdə ABŞ və Yaponiya ilə yanaşı, Avstraliya, Bruney, Hindistan, İndoneziya, Cənubi Koreya, Malayziya, Yeni Zelandiya, Filippin, Sinqapur, Tailand və Vyetnam daxil olacaq.

“Hind-Sakit okean regionunun payına dünya əhalisinin yarısı və dünya iqtisadiyyatının 60 faizi düşür. 21-ci əsr iqtisadiyyatının gələcəyi bu regionda yazılacaq”, – C.Bayden deyib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər