7 C
Baku
Sunday, December 15, 2024

Hindistan Əfqanıstanı tərk edənlər üçün yeni viza növünü tətbiq edib

Hindistanın Daxili İşlər Nazirliyi Əfqanıstanı tərk etmək istəyənlərin müraciətlərinə baxılmasını sürətləndirmək üçün yeni viza növünü tətbiq edib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Daxili İşlər Nazirliyi Əfqanıstandakı mövcud vəziyyətlə əlaqədar olaraq viza qaydalarına yenidən baxır. Hindistanda viza müraciətlərini sürətləndirmək üçün “e-Emergency X-Misc Visa” adlı yeni e-viza kateqoriyası açılıb”, – deyə mesajda bildirilir.

Xatırladaq ki, daha əvvəl Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Əfqanıstanın paytaxtındakı hindiləri olduqları yer barədə məlumat verməyə çağırıb və insanların Hindistana daşınmasında əsas problemin hava limanlarının Əfqanıstan üzərindən uçuşları dayandırmasından ibarət olduğunu qeyd edib.

Xatırladaq ki, 15 avqustda taliblər Kabula daxil olub. Eyni gündə Əfqanıstan prezidenti Əşrəf Qani istefa verərək ölkəni tərk edib. ABŞ prezidenti Co Bayden onun güclü dəstəyinə baxmayaraq, Əfqanıstan hökumətinin “Taliban”a təslim olduğunu söyləyib. O, qoşunları Əfqanıstandan geri çəkdiyinə görə peşman olmadığını əlavə edib.

Son xəbərlər
Digər xəbərlər