11 C
Baku
Monday, November 25, 2024

Hindistan ən böyük kriptovalyuta birjalarını bloklayır

Hindistan, tənzimləyicilərin fikrincə, ölkədə qeyri-qanuni fəaliyyət göstərən aparıcı kriptovalyuta birjalarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edir. Yerli maliyyə kəşfiyyatı sakinlər üçün onların veb-saytlarına girişin bloklanmasını tələb edib.

Təsirə məruz qalan platformalara “Binance”, “Kucoin”, “HTX” (keçmiş “Huobi”), “Kraken”, “Gate.io”, “Bittrex”, “Bitstamp”, “MEXC Global” və “Bitfinex” daxildir. Tənzimləyicinin sözlərinə görə, onların hamısı ölkə qanununun çirkli pulların yuyulmasının qarşısının alınması ilə bağlı müddəalarına əməl etmədən ölkədə qeyri-qanuni fəaliyyət göstərirlər.

2023-cü ildə Hindistan hökuməti rəqəmsal aktivlər sahəsinə nəzarəti artıraraq kriptovalyuta sektoru üçün çirkli pulların yuyulmasına qarşı qaydalar tətbiq edib. 2022-ci ildə səlahiyyətlilər əməliyyat vergisi tətbiq etməklə yerli kriptovalyuta birjalarına ciddi zərbə vurub və bu, ticarət həcmlərinin kəskin azalmasına və istifadəçilərin qlobal platformalara miqrasiyasına səbəb olub. 2022-ci ilin dekabrında Hindistan Mərkəzi Bankının rəhbəri kriptovalyutaları gələcək maliyyə böhranının səbəbi adlandırmışdı.

Son xəbərlər
Digər xəbərlər