12 C
Baku
Saturday, November 23, 2024

Hindistan 10 ildə silah ixracını 35 dəfə artırıb

Hindistanın Baş nazir Narendra Modi hökuməti hakimiyyətə gəldiyi 2014-cü ildən bəri silah və sursat ixracını 35 dəfə artırıb.

Bunu Hindistanın müdafiə naziri Racnath Sinqh Əhmədabad şəhərində keçirilən seçkiöncəsi mitinqdə çıxışı zamanı deyib.

“2014-cü ildə biz 6 milyard rupi (72 milyon dollar) dəyərində müdafiə təyinatlı məhsul ixrac etmişdik, indi isə bu rəqəm 210 milyard rupini (2.5 milyard dollardan çox) ötüb”, – deyə Racnath Sinqh bildirib.

Onun sözlərinə görə, Hindistan Xalq Partiyasını təmsil edən Narendra Modi hökuməti ölkədə müdafiə təyinatlı məhsulların yerli istehsalını təmin etmək öhdəliyi götürüb. “Bu gün biz 1 trilyon rupi (12 milyard dollar) dəyərində silah istehsalına nail olmuşuq”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, Hindistan hazırda 85 ölkəyə, o cümlədən Ermənistana silah-sursat və döyüş texnikası ixrac edir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər