15 C
Baku
Tuesday, September 27, 2022

Hindistan 50-dən çox Çin mobil tətbiqini qadağan etməyi planlaşdırır

Hindistan hökuməti ölkənin suverenliyini və təhlükəsizliyini təhdid edə biləcək 54 Çin mobil tətbiqini qadağan etmək niyyətindədir.

Bu barədə NDTV telekanalı hökumətdəki mənbələrə istinadən bildirib.

Məlumata görə, qadağan edilməsi planlaşdırılan mobil əlavələr arasında “Sweet Selfie HD”, “Beauty Camera – Selfie Camera”, “Viva Video Editor”, “Tencent Xriver”, “Onmyoji Arena”, “AppLock” və “Dual Space Lite” var.

Hindistan bundan əvvəl də artıq bir neçə dəfə Çin mobil tətbiqlərinə qadağalar qoyub. Belə ki, 2021-ci ildə “TikTok”, “WeChat” və “Helo” kimi məşhur tətbiqlər da daxil olmaqla 59 mobil əlavə qadağan edilib.

Ümumilikdə 300-ə yaxın tətbiq bloklanıb. Bu, 2020-ci ildə təxminən 250 Çin və Hindistan əsgərinin iştirakı ilə may ayında toqquşmaların baş verdiyi Hindistan-Çin sərhədində gərginliyin artmasından sonra başlayıb. 2020-ci il iyunun 15-dən 16-na keçən gecə Qalvan çayı ərazisində yeni atışmalar baş verib, hər iki tərəfdən ölənlər olub. Hərbi və diplomatik səviyyələrdə bir sıra danışıqlardan sonra tərəflər ötən ilin fevralından başlayaraq sərhəddəki mübahisəli ərazilərdən qoşunların mərhələli şəkildə qarşılıqlı çıxarılmasına başlayıb.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər