19 C
Baku
Tuesday, September 2, 2025

Hindistan ABŞ-nin dövlət istiqrazlarında aktivlərini azaldır

Hindistan Donald Trampın tarifləri fonunda ABŞ dövlət istiqrazlarında aktivlərini azaldır, valyuta ehtiyatlarında qızılın payını isə artırır. Bu barədə “The Economic Times” ABŞ Xəzinədarlığı və Hindistan Ehtiyat Bankının (RBI) məlumatlarına istinadən yazır.

Buna baxmayaraq, Yeni Dehli Səudiyyə Ərəbistanı və Almaniyanı qabaqlayaraq ABŞ Xəzinədarlıq istiqrazlarının 20 ən böyük investoru sırasında qalır. 2025-ci ilin iyununda onun aktivləri 2024-cü ilin iyununda 242 milyard dollardan az olsa da, 227 milyard dollar təşkil edib.

Avqustun 6-da Tramp Rusiya neftinin alınmasına görə Hindistana əlavə 25% rüsum tətbiq edib. Hindistan mallarına avqust ayında tətbiq edilən tarifi nəzərə alsaq, ümumi tarif 50% təşkil edəcək. Əlavə 25%-lik tarif avqustun 27-dən qüvvəyə minib.

Vaşinqtonun hərəkətləri fonunda Pekin və Yeni Dehli arasında yaxınlaşma müşahidə olunur. Avqustun 31-də Hindistanın baş naziri Narendra Modi Çinin Tianjin şəhərinə gəlib və orada Çin prezidenti Si Tsinpinlə görüşüb.

Son xəbərlər
Digər xəbərlər