Hindistan ABŞ-yə rüsumsuz ticarət sazişi bağlamağı təklif edib. Bu barədə ABŞ prezidenti Donald Tramp Dohada (Qətər) şirkət rəhbərləri ilə görüşdə bildirib. Onun sözlərini “Reuters” agentliyi yayıb.
Agentliyin məlumatına görə, Yeni Dehli Trampın elan etdiyi tarif artımlarında 90 günlük fasilə çərçivəsində Vaşinqtonla ticarət sazişi bağlamağa çalışır.
Aprelin 2-də Tramp 200-ə yaxın ölkə və ərazidən idxal olunan mallara rüsumlar tətbiq edib. Hindistan üçün 26% rüsum tətbiq edilши. Bir həftə sonra, aprelin 9-da o, Çindən başqa bütün ölkələr üçün məhdudiyyətlərin dayandırıldığını elan edib.