16.2 C
Baku
Wednesday, May 14, 2025

Hindistan Asiyanın ən cəlbedici fond bazarına çevrilib – BofA

“BofA Securities”in son aylıq sorğusuna əsasən, Hindistan Asiya səhm bazarında fond idarəçiləri üçün Yaponiyanı geridə qoyaraq üstünlük verilən yerə çevrilib. Bu, Cənubi Asiya ölkəsinin qlobal ticarət gərginliyi fonunda tədarük zəncirindəki dəyişikliklərdən faydalana biləcəyi bir vaxta təsadüf edir.

Fond menecerləri arasında keçirilən sorğuda respondentlərin 42%-i Hindistanı perspektivli investisiya məkanı kimi gördüyünü, 39%-i Yaponiyanı, 6%-i isə Çini seçdiyini bildirib. Ən pis göstəriciyə Tailand malikdir. Sorğuda cəmi 109 respondent iştirak edib – onlar ümumilikdə 234 milyard dollarlıq aktivləri idarə edir.

Sorğunun nəticələri ABŞ Prezidenti Donald Trampın aprelin 2-də tarifləri tətbiq etməsindən sonra səhmlərin yenidən yüksəldiyi Hindistan bazarındakı son tendensiyaları əks etdirir. Qlobal bazarlarda tariflərin yaratdığı dəyişkənlik, investorların Hindistanı nisbətən təhlükəsiz sığınacaq kimi görməyə vadar edib.

Hindistanın “Nifty 50” fond indeksi bir çox Asiya analoqlarını üstələyib, yalnız Yaponiya və İndoneziya aprelin 2-dən etibarən daha yaxşı performans nümayiş etdirib.

Hindistan bazarı bu yaxınlarda aprelin 22-də Kəşmirdə 26 mülki şəxsin ölümü ilə nəticələnən hücumdan sonra Pakistanla münaqişənin təzyiqi ilə üzləşib. Ölkələr mayın 10-da atəşkəsə razılaşıb, bu, birjalara müsbət təsir göstərib.

Hindistan şirkətlərinin birinci rübdəki mənfəətləri də yaxşılaşan perspektivlərə işarə edir. “Sanford C. Bernstein”in strateqi Venuqopal Qarre bildirib ki, yerli səhmlər ilin sonuna qədər cari səviyyələrdən daha 7.6% arta bilər.

Son xəbərlər
Digər xəbərlər