10 C
Baku
Saturday, December 21, 2024

Hindistan Azərbaycan iqtisadiyyatına 1,5 mlrd. dollara yaxın investisiya yatırıb

Hindistanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 1,5 mlrd. ABŞ dollarına çatır.

Bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar deyib.

Onun sözlərinə görə, təkcə Hindistanın ən iri Neft və Qaz Korporasiyası (ONGC) tərəfindən bu günədək yatırılan investisiyaların həcmi 1,2 mlrd. dollar təşkil edir.

“Digər iş adamlarının yatırımlarını nəzərə almaqla isə bu rəqəm təxminən 1,5 mlrd. dollar təşkil edir”, – deyə Vinay Kumar qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda yüzlərlə Hindistan şirkəti Azərbaycanda neft-qaz mühəndisliyi, ketrinq, qida, turizm, restoran biznesi sahəsində fəaliyyət göstərir:

“Bununla yanaşı biz mütəmadi olaraq Hindistan şirkətlərini Azərbaycandakı Sənaye Parklarının mövcud imkanları barədə məlumatlandırırıq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər