23 C
Baku
Monday, July 15, 2024

“Hindistan Azərbaycanın ilk 5 ticarət tərəfdaşı sırasındadır”

Hindistan Azərbaycanın ilk 5 ticarət tərəfdaşı sırasındadır.

Bunu Hindistanın Azərbaycana yeni təyin olunan səfiri Sridharan Madhusudhanan mayın 19-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Hazırda Azərbaycanın Qoşulmama Hərəkatına, Hindistanın isə Böyük 20-liyə və Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etdiyini vurğulayan səfir məmnunluq hissi ilə bildirib ki, ölkəsi Azərbaycanın ilk 5 ticarət tərəfdaşı sırasındadır və ötən il qarşılıqlı ticarətin 155 faiz artması bunun yaxşı göstəricisidir.

Sridharan Madhusudhanan bildirib ki, Hindistanın da güclü iqtisadiyyata malik olması nəzərə alınaraq ölkələrimiz üçün iqtisadi əməkdaşlığın genişlənməsi baxımından böyük potensial var. O, bu xüsusda neft sənayesi və əczaçılıq sahələrini qeyd edib.

Eyni zamanda, səfir Azərbaycanda hökm sürən multikulturalizmin Hindistan üçün çox cəlbedici olduğunu dedi, humanitar sahədə də əlaqələrimizin genişləndirilməsinin önəmini bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər