23 C
Baku
Thursday, August 11, 2022

Hindistan beynəlxalq uçuşları bərpa edir

Hindistan COVID-19 pandemiyası səbəbindən iki il əvvəl dayandırılan müntəzəm beynəlxalq uçuşları bərpa edib.

Bu barədə “Press Trust of India” informasiya agentliyi Hindistanın Mülki Aviasiya İdarəsinə istinadən bildirib.

Məlumata əsasən, yerli və xarici aviaşirkətkəri tərəfindən Hindistana və Hindistandan həftədə təxminən 3,2 min beynəlxalq uçuşun həyata keçirilməsinə icazə verilib.

Altı Hindistan aviadaşıyıcısı üçün həftədə ümumilikdə 1466 beynəlxalq uçuşa razılıq verilib. İdarədən bildiriblər ki, onlar 43 istiqamət üzrə 27 ölkəyə uça biləcəklər.

 

Son xəbərlər
Oxşar xəbərlər