10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Hindistan COVID-19 peyvəndinin istehsalına başlayır

Hindistanın Elm və Tədqiqatlar İnstitutu (SII) avqust ayında eksperimental “Covishield” peyvəndinin istehsalına başlayacaq.

Banker.az xəbər verir ki, bu barədə direktor Adar Punavalla məlumat verib.

“Biz üzərimizə risk götürərək, bir neçə milyon doza peyvənd istehsal edəcəyik. Testlərin uğurla başa çatıb-çatmamasından asılı olaraq bu ilin sonuna qədər kütləvi istehsala başlamağı gözləyirik. Növbəti ilin birinci rübünə qədər bu peyvənd hər kəs üçün əlçatan olacaq”, – mesajda deyilir.

Qeyd edildiyi kimi, yeni olan bu preparat Oksford Universiteti və Avstraliyanın “AstraZeneca” şirkəti tərəfindən hazırlanıb. Birinci mərhələdə ayda 60-70 milyon doza istehsal etmək planlaşdırılır. İlin sonuna qədər bu miqdar 300-400 milyona çata bilər.

Adar Punavallanın sözlərinə görə, hind istehsalçıları bu peyvəndi kasıb dövlətlər üçün əlçatan etməyə çalışacaqlar. Xatırladaq ki, Hindistanla yanaşı dünyanın bir çox ölkələrində COVID-19 peyvəndinin yaradılması üzərinə iş gedir: ABŞ, Çin, İtaliya, Almaniya, Yaponiya və digələri.

Son xəbərlər
Oxşar xəbərlər