27 C
Baku
Monday, July 21, 2025

Hindistan dünyada rəqəmsal ödənişlərin yarısını təmin edir

Hindistanın vahid ödəniş interfeysi (UPI) dünyada rəqəmsal əməliyyatların 50%-ni təmin edir.

Hindistan hazırda sürətli ödənişlər üzrə qlobal liderdir, UPI isə onun əsas drayveridir.

UPI iyunda 24.03 trilyon rupi (1.4 milyard dollardan çox) məbləğində tranzaksiya əməliyyatı həyata keçirib. Qeyd olunur ki, bu, 2024-cü ilin eyni ayı ilə müqayisədə 32% çoxdur.

UPI 2016-cı ildə istifadəyə verilib və onun üstünlükləri arasında təhlükəsizlik və gecə-gündüz əlçatanlıq var.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər