16 C
Baku
Sunday, October 6, 2024

Hindistan düyü ixracını 80% azalda bilər

Dünyanın ən böyük düyü tədarükçüsü olan Hindistan bu məhsulun əksər növlərinin ixracına müvəqqəti qadağa qoymağı planlaşdırır. Qadağa ölkənin ixrac etdiyi düyünün təxminən 80%-ni təşkil edən “Basmati” istisna olmaqla, bütün növlərə təsir göstərə bilər.

Əsas səbəb fermerlərin ekstremal hava şəraitindən əziyyət çəkməsidir. Meteoroloqlar pis hava şəraitinin payıza qədər və bəlkə də gələn ilə qədər davam edəcəyini proqnozlaşdırırlar.

Pis hava şəraiti Hindistan mətbəxi üçün pomidor kimi vacib məhsulun yığımına da təsir. Hazırda Hindistanda pomidorun qiyməti benzindən bahadır. Düyü də qıt əmtəəyə çevrilir və hökumət fermerlərin itkilərini kompensasiya etmək üçün alış qiymətlərini qaldırır. Belə ki, Dehlidə pərakəndə düyü qiymətləri bu il 15%, ölkə üzrə orta qiymət isə 8% artıb. İxrac qadağası ölkədə qiymətləri aşağı salmağa kömək edə bilər, lakin Hindistandan kənarda qiymətləri yüksələcək.

Hindistanın düyü ticarətində payı təqribən 40%-dir, ölkə bu məhsulu dünyanın 100-dən çox ölkəsinə tədarük edir və ən böyük müştəriləri Çin, Benin, Seneqal, Kot-d’İvuar və Toqodur.

Son xəbərlər
Digər xəbərlər