13 C
Baku
Saturday, November 23, 2024

Hindistan Ehtiyat Bankı İngiltərə Bankından 100 ton qızılı öz anbarlarına köçürüb

Hindistan Ehtiyat Bankı (RBI) Böyük Britaniyadan 100 tondan çox qızılı öz anbarlarına köçürüb. “The Times of India” yazır ki, 1991-ci ildən bəri ilk dəfədir ki, belə həcmdə qızıl ölkənin anbarını doldurub. Martın sonunda RBI-da 822.1 ton qızıl var idi ki, bunun da 413.8 tonu xaricdə saxlanılır.

RBI ehtiyatlarının bir hissəsini 1991-ci ildən bəri İngiltərə Bankında saxlayır. “The Times of India” qəzetinin mənbələri qızılın “logistik səbəblərə” görə daşındığını və saxlanmanı şaxələndirildiyini bildirib. Hindistan rəsmisinin sözlərinə görə, son illərdə RBI qızıl alışını artırıb və onun harada saxlandığını təhlil edib. Bununla bağlı onların bir hissəsinin Hindistana daşınması qərara alınıb.

“The Times of India”nın qeyd etdiyi kimi, 100 ton qızılı köçürməklə RBI onun saxlanması üçün İngiltərə Bankına ödənişlərin həcmini azaldacaq. Hindistanda qızıl ehtiyatları Mumbaydakı “Mint Road”da, eləcə də Naqpurda köhnə RBI ofis binasının anbarlarında saxlanılır.

Ümumdünya Qızıl Şurasının 2024-cü ilin birinci rübünün məlumatına görə, Hindistan ən çox qızıl ehtiyatına malik ilk 10 ölkə sırasındadır – 822 ton. 2024-cü ilin ilk üç ayında, təşkilatın məlumatına görə, RBI ehtiyatlarını 18.51 ton artırıb.

Son xəbərlər
Digər xəbərlər