Fevralın 15-də Hindistan kosmosa 104 peyk aparatı çıxarıb.
“runews24.ru” saytına istinadən xəbərinə görə, eyni vaxtda bu sayda peykin kosmosa çıxarılması rekord göstəricidir.
Bütün peyklər başqa ölkələrə, xüsusilə də Qazaxıstan, İsrail, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri və Niderlanda məxsusdur. Peyklərin 96-sı isə ABŞ-ın mülkiyyətidir.
Əvvəllər orbitə çıxarılan peyk aparatlarının sayına görə Rusiya rekord vurub. Bu ölkə 2014-cü ildə eyni vaxtda səmaya 39 peyk buraxıb.