2 C
Baku
Saturday, December 14, 2024

Hindistan Fond Birjası hakim partiyanın zəif nəticələrinə görə $386 mlrd. itirib

Hindistan fond bazarı son dörd ilin ən böyük enişini yaşayıb. Onun kapitallaşması 386 milyard dollar azalıb və hazırda 4.73 trilyon dollar təşkil edir. “Bloomberg”in məlumatına görə, bu, Baş nazir Narendra Modinin rəhbərlik etdiyi partiyanın seçkilərdə zəif nəticələri ilə əlaqəli olub.

Seçkilərin nəticələri açıqlandıqdan sonra Hindistanın 30 iri şirkətinin səhmlərinin daxil olduğu “Sensex” və “Nifty 50” indeksləri təxminən 6% itirib. Bu gün, iyunun 5-də hər iki indeks dünənki enişi bir qədər bərpa edib: “Sensex” – 0.26%, “Nifty” isə 0.7% bahalaşıb.

Hindistan böyük ölkələr arasında dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olaraq qalır. Gözlənilirdi ki, yaxın illərdə ölkədə ÜDM-in illik artımı ən azı 6% təşkil edəcək. Lakin zəif seçki nəticələri yeni hökumətin ölkənin iqtisadi artımını təmin etmək üçün lazım olan torpaq və əmək qanunlarında islahatlar həyata keçirmək qabiliyyətinə şübhə yarada bilər.

Son xəbərlər
Digər xəbərlər