23 C
Baku
Tuesday, April 23, 2024

Hindistan haqqında maraqlı faktlar

  • Hindistan ərazisinin böyüklüyünə görə ABŞ-dan üç dəfə kiçik olsa da, 1,17 milyardlıq əhali sayına görə isə dünyada ikinci yerdədir. Ərazisinin sahəsi 3,29 mln kv. km olan Hindistan bu göstərici üzrə dünyanın yeddinci ölkəsidir.
  • Qanuna əsasən ölkəyə Hind valyutasının (rupi) gətirilməsi və ölkədən çıxarılması qadağandır. 
  • Hindistan il ərzində baş verən qətl hallarının sayına görə dünyada liderlik edir. Orta hesabla son illərdə Hindistanda 32 719 insan öldürülüb.
  •  Hindistan hamiləlik hallarının sayına görə dünyada lider ölkələrdən biridir.
  •  Təxminən 35% hindistanlı yoxsulluq səviyyəsində yaşayır.
  •  Inəklər Hindistan küçələrində sərbəst gəzişə bilirlər. Onlar burda müqəddəs hesab olunur, çox vaxt onlara hindlilərdə uğur rəmzi olan “tilak” taxırlar. Inəklər insanlığın yeddi əcdadından biri hesab olunur, inək südü ana südü qədər dəyərli sayılır.
  •  Hindistanda rəqs ən inkişaf etmiş incəsənət növlərindən biridir və hər məbədin daxili ayinlərinin bir hissəsi hesab olunur. Hind ayin rəqsləri ekspressiv əl hərəkətləri ilə zəngindir.
  •  Bir çox hindli qadınlar heç vaxt ərinin adını səslə çağırmır, belə ki bu ərinə qarşı hörmətsizlik hesab olunur. Hindli qadın ərinə müraciət edərkən “salam”, “bura bax” və s. kimi dolayı müraciət vasitələrindən istifadə edir. Eləcə də onlar ona uşaqlarının atası kimi müraciət edirlər.
  •  Dul olmaq pis əlamət hesab olunur, onlar “yaxşı qadının əri ölməzdi” deyə fikirləşirlər. Kəndin yaşlı qadınları dul qadını “ərinin başını yemiş qadın” deyə çağırırlar. Bir sıra ortodoksal cəmiyyətlərdə dullara yeni evlilərlə bir gəzməyə və ya hansı isə sosial tədbirlərdə iştirak etməyə icazə verilmir.
  •  Hindistan şahmatın vətənidir. Sanskrit dilindən tərcümədə “dörd növ qoşun” mənasını verən “çaturanqa” şah, vəzir, top, fil, at və piyadalardan ibarətdir.
  •  Hindistan bayrağı üç müxtəlif rəngli horizontal zolaqdan ibarətdir: sarı-narıncı qəhrəmanlıq və fədakarlıq, ağ düzgünlük və sülhsevərlik rəmzidir, yaşıl rəng isə sadiqlik, məhsuldarlıq və mərdliyi simvolizə edir. Əvvəllər ağ zolağın ortasında cəhrə çarxları emblemi təsvir olunmuşdu, lakin Hindistan müstəqillik əldə etdikdən sonra buddist “draxma çakra” və ya həyat çarxını köhnə simvolu əvəzlədi.
  • Kacuraxo məbədi özünün açıq-saçıq heykəltəraşlıq nümunələri ilə məşhurdur və Hindistanın turistlər tərəfindən ən çox ziyarət olunan məkanlarından sayılır. Alimlər hələ də bu heykəltəraşlıq nümunələrinin əsl mahiyyəti barədə mübahisələr aparırlar.
  •  Dünyada ilk iplik parçalar Hindistanda yaradılmışdır. Roma imperatorları yüngül Hind parçalarını “külək parça” dəyə adlandırırdılar. Böyük moğol imperatorları isə bu parçaları “səhər şehi” və “axar çay parçası” adlandırırdılar.
  •  Qədim və orta əsrlərdə Hindistanda sati – dul qadının ərinin cəsədi ilə birlikdə yandırılması adi hal sayılırdı.
  •  Hindistanda geyimin qırış və rəngləri sosial təbəqələşməni vacib elementi kimi nəzərdən keçirilir. Eləcə də, saç düzümlərində saçların ayrılma manerasına görə qadının əxlaqsız və ya müqəddəslər sinfinə yaxın olmasını müəyyən etmək olar.
  •  Hindistanda 150 000 poçt bölməsi var ki, bu da onu dünyanın ən böyük poçt şəbəkəsinə çevirir. Bəzən elə hallar olur ki, məktubun 50 kilometrlik məsafəni qət etməsi üçün 2 həftə vaxt lazım olur.
  •  Benqal pələngi həmişə Hindistanın milli rəmzi olub, bir vaxtlar ona Hindistanın hər yerində rast gəlmək olurdu. Hazırda isə Hindistan cəngəlliklərində yaşayan benqal pələnglərinin sayı 4 mindən azdır.
  •  Makedoniyalı İsgəndər (e.ə 356-323) Hindistan və qərblə qarşılıqlı əlaqələri inkişaf etdirən əsas nüfuz sahibi insanlardan biri olmuşdur. Onun ölümündən sonra bu əlaqələr yalnız Kəlkütün sahillərindən birində məşhur portuqal tədqiqatçı Vasko de Qamanın (1460-1524) lövbər salmasından sonra bərpa olundu.
  •  Britaniyanın Hindistan üzərində hakimiyyəti 1858-ci ildən 1947-ci ilə qədər davam etmişdir, hərçənd ki ingilislər Hindistanda artıq 17-ci əsrdən fəaliyyət göstərirdilər. Britaniya təsiri hələ də Hind şəhərlərinin memarlıq nümunələri, təhsil sistemi, nəqliyyat sistemi və siyasi quruluşda özünü göstərir. Hindistanın çoxillik səfalət dövrü yerli əhalidə Britaniya hakimiyyəti ilə assosiasiya olunur.
  • Dünyanın bir çox məzhəb nümayəndələrinə Hindistanda rast gəlmək mümkündür. Bundan əlavə İnduizm, Buddizm, Caynizm və Sikxizm məhz burada inkişaf edib.
  •  Hindular ölkə əhalisinin 80%-i təşkil edir. Müsəlmanlar isə sayına görə bu ölkənin ikinci ən böyük qrupu sayılır və onlar 13%-ə bərabərdir. Yeri gəlmişkən, Hindistanda sayına görə dünyanın üçüncü ən böyük müsəlman qrupu yaşayır, bu göstəriciyə görə o yalnız İndoneziya və Pakistandan geridə qalır.
  •  Mumbai (keçmiş Bombey) 15 milyonluq əhalisi ilə Hindistanın ən böyük şəhəri hesab olunur. 1661-ci ildə Britaniya mühəndisləri əvvəllər Bombeyin yerləşdiyi yeddi adanı vahid torpaq sahəsinə çevirmək üçün qum tökməklə yollar saldılar.
  •  Dünyada Maxatma Qandi adı ilə məşhur olan Mohandas K. Qandi (1869-1948) sanskrit dilindən tərcümədə “Böyük Ürək” mənasını verir. O, bütün həyatını ölkənin Britaniya əsarətindən azad olmasına həsr etmişdir. Onun mübarizə metodu əhalinin Britaniya rejiminə qarşı dinc itaətsizliyi idi ki, bu da Hindistanın azad olması ilə nəticələndi. Maxatma Qandinin doğum günü – 2 oktyabr Hindistanda milli bayram hesab olunur. O, 1948-ci ildə ölkənin azad olunmasından sonrakı il öldürülmüşdü.
  •  Hindistanda yerləşən Lotos məbədi dünyanın ən çox ziyarət olunan məbədlərindən biridir, il ərzində buranı 50 milyona yaxın insan ziyarət edir.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər