Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.
Bu barədə NOTAM aviasiya məlumat yayıb.
Pakistan təyyarələri üçün hava məkanının bağlanması qərarı aprelin 30-dan mayın 23-dək qüvvədə olacaq.
Bildirişin “Pakistan Hava Yolları tərəfindən qeydiyyata alınmış, idarə olunan, mülkiyyətində olan və icarəyə götürülmüş” bütün təyyarələrə şamil ediləcəyi bildirilir. Bu həm mülki, həm də hərbi təyyarələrə aiddir.