Hindistan hökuməti virtual rəqəmsal aktivlərdən əldə edilən istənilən gəlirə 30% vergi tətbiq edəcək.
Banker.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Nirmalu Sitharaman məlumat verib.
“Virtual rəqəmsal aktivlərin köçürülməsindən əldə edilən istənilən gəlir 30% vergiyə cəlb olunacaq. Aktivlərin əldə edilməsi ilə bağlı xərclərdən başqa heç bir çıxılma olmayacaq”, – deyə
Eyni zamanda Sitharaman aprelin 1-dən başlayacaq növbəti maliyyə ilində Hindistanda rəqəmsal valyutanın istifadəyə veriləcəyini açıqlayıb. “Mərkəzi Bankın rəqəmsal valyutasının tətbiqi rəqəmsal iqtisadiyyata böyük təkan verəcək”, – deyə nazir vurğulayıb.