12 C
Baku
Monday, November 18, 2024

Hindistan Mərkəzi Bankı uçot faizi dərəcəni gözlənilməz dərəcədə qaldırır

Hindistan Mərkəzi Bankı (Hindistan Ehtiyat Bankı – RBI) uçot faiz dərəcəsini gözləniləndən daha çox – 50 baza bəndi qaldırıb.

Bu barədə Banker.az RBI-ın rəsmi press-relizinə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bank ölkədə yüksək inflyasiya və qlobal qiymət artımlarını dəf etmək üçün uçot faiz dərəcəsini 4.40%-dən 4.90%-ə qaldırıb.

Birjalar isə Mərkəzi Bankın faizləri 4.80%-ə qaldıracağını proqnoz edirdi.

Mərkəzi Bankın sədri Şaktikanta Das son müsahibəsində iyun ayında faiz artımının gözləntisinin “ağılsız” olduğunu demişdi.

Requlyator sonuncu dəfə faizləri 2020-ci ilin fevralında 5.15%-dən 4.40% və növbəti ayda isə 4.00%-ə endirmişdi. 2022-ci ilin fevralından isə 40 baza bəndi artırmışdı.

Hindistan rupisi ABŞ dolları qarşısında tarixi minimumlara qədər ucuzlaşıb. 1 dollar 78 rupi təşkil edir.

tvc 85e17d9de6a8aa26a7970e2ab28111c7

 

Son xəbərlər
Digər xəbərlər