12 C
Baku
Sunday, October 27, 2024

Hindistan paytaxdından Bakıya birbaşa uçuşlar ola bilər

Gələcəkdə birbaşa Dehli-Bakı uçuşlarının həyata keçirilməsi nəzərdə tutulub.

Banker.az Trendə istinadla xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzlu “Times of India” informasiya agentliyinə müsahibəsində deyib.

Büro rəhbəri əlavə edib ki, hazırda hindistanlı turistlər üçün Azərbaycana uçuşlar əsasən Körfəz ölkələri üzərindən həyata keçirilir.

Baş icraçı direktor Azərbaycana səfər etməyin asan olduğunu da qeyd edib.

F.Zenqstşmid bildirib ki, hindistanlı turistlər cəmi 3 saat ərzində onlayn olaraq viza əldə edə bilmə imkanına malikdirlər.

Son xəbərlər
Digər xəbərlər