17 C
Baku
Monday, October 20, 2025

Hindistan Qərbi Gürcüstanda neft hasilatına başlamağı planlaşdırır

“Hindustan Silicon Private Limited” şirkəti Qərbi Gürcüstanda neft hasilatına növbəti dörd il ərzində təxminən 50 milyon ABŞ dolları məbləğində sərmayə yatıracaq.

Bununla bağlı ölkənin Dövlət Neft və Qaz Agentliyi, Neft-Qaz Korporasiyası və “Hindustan Silicon Private Limited” şirkəti arasında Hasilatın Pay Bölgüsü dair Saziş (PSA) imzalanıb.

Müqavilənin imzalanmasından sonra şirkət dövlət büdcəsinə 4,15 milyon ABŞ dolları ödəyəcək.

Layihə çərçivəsində müasir texnologiyalardan istifadə edilməklə yeddi istismar quyusunun dərinləşdirilməsi və qazılması, eləcə də iki yeni kəşfiyyat quyusunun qazılması planlaşdırılır.

İmzalanma mərasimində nazir müavini İnqa Pxaladze bildirib ki, bu saziş Gürcüstan və Hindistan arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır: “Bu razılaşma Gürcüstanın enerji resurslarının inkişafına, yeni sərmayələrin cəlb edilməsinə və neft hasilatı sektorunda müasir texnologiyaların tətbiqinə töhfə verəcək”.

Onun sözlərinə görə, bu təşəbbüs Gürcüstanın enerji təhlükəsizliyini gücləndirəcək, həmçinin iqtisadi artım və regional inkişaf üçün yeni imkanlar yaradacaq.

PSA sazişinə Gürcüstan Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Giorgi Tatişvili, Gürcüstan Neft və Qaz Korporasiyasının baş direktoru Yekaterine Sisauri və “Hindustan Silicon Private Limited” şirkətinin direktoru Xitiş Kumar Nayak imza atıblar.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər