15 C
Baku
Tuesday, November 18, 2025

Hindistan qızıl idxalını üç dəfə artırıb

Hindistan 2025-ci ilin oktyabr ayında 14,72 milyard dollar dəyərində qızıl idxal edib, ölkənin Ticarət və Sənaye Nazirliyi bildirir. Bu göstərici ötən ilin oktyabrı ilə müqayisədə 3 dəfə, cari ilin sentyabrı ilə müqayisədə isə 1,5 dəfə çoxdur.

“Hindistanda oktyabr ayında qızıl idxalının artımı fenomenal olub, baxmayaraq ki, qlobal qiymətlər çox yüksəkdir”, — deyə Hindistanın Ticarət və Sənaye nazirinin müavini Raceş Aqraval bildirib. “Gümüş üzrə də artım fenomenaldır”. Qeyd edək ki, Hindistanda gümüş idxalı 6,3 dəfə artaraq 2,72 milyard dollara çatıb.

ICRA reytinq agentliyinin nümayəndəsi Aditi Nayar xəbərdarlıq edir: “Bayram mövsümü ərəfəsində qızıl qiymətlərinin davamlı artması spekulyativ tələbi artırmış ola bilər. Bu tələbin gələcəkdə davam etməməsi idxal həcmlərinin növbəti aylarda bir qədər azalmasına səbəb ola bilər”.

Ümumilikdə, 2025-ci ilin 10 ayı ərzində Hindistan 50,74 milyard dollar dəyərində qızıl idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

Hindistan dünyada qızılın ən böyük istehlakçılarından biridir və özü demək olar ki, qızıl hasil etmir.

Son xəbərlər
Digər xəbərlər