7 C
Baku
Thursday, December 12, 2024

Hindistan rupinin dəyərdən düşməsini azaltmaq üçün faizləri son 5 ilin maksimumuna qaldırır

Hindistan Ehtiyat Bankı uçot faiz dərəcəsini gözlənildiyi kimi 25 baza bəndi artırıb.

Bu barədə Banker.az Hindistanın mərkəzi bankının press-relizinə istinadən xəbər verir.

Bankın İdarə Heyətinin qərarına əsasən uçot faiz dərəcəsi 6.25%-dən 6.50%-ə qaldırılıb ki, bu da 2018-ci ilin dekabrından bu tərəfə ən sərt monetar siyasətdir.

Mərkəzi bank uçot faiz dərəcəsini pandemiyanın başlanğıc yarımilində, may ayında 4.40%-dən 4.00%-ə qədər endirməklə iqtisadiyyatı stimullaşdırmağa çalışırdı. Lakin davam edən yüksək inflyasiyaya görə, faizləri 2 il sonra yenidən qaldırmağa başladı.

Hazırda milli valyuta rupi (INR) ABŞ dollarına qarşı bahalaşır. USD/INR cütlüyünün məzənnəsi sessiya açılandan 0.30% azalaraq 82.64 səviyyəsindən aşağı enib. Rupi son bir ildə dollara qarşı ucuzlaşaraq 74 səviyyəsindən 83.3 səviyyəsinə qədər düşüb ki, bu da 13%-lik ucuzlaşmadır.

Son xəbərlər
Digər xəbərlər