Hindistan Ehtiyat Bankı (Mərkəzi Bankı) dollar axınını cəlb etmək üçün addımlar atmaqla rupini ona qarrşı ucuzlaşmasına “imkan” yaradır. Rəsmi açıqlamaya görə, bu da rupinin dollar qarşısında möhkəmliyinin kifayət qədər kövrək olmasına rəğmən edilir.
Bakı vaxtı ilə 16:00 radələrində 1 dollar 80.266 rupiyə qədər artmaqla tarixi maksimuma çatıb. USD/INR cütlüyünün bu kursu indiyə qədər qeydə alınan maksimal rəqəmdir.
Hindistan valyutası son üç ildə 16%, son bir ildə 6.9% və ilin əvvəlindən isə 7.4% dəyər itirib. İlin əvvəlindən Argentina və Türkiyədən sonra inkişaf etməkdə olan bazarlarda valyutası ən çox dəyər itirən ölkədir.
Hindistan pulunun ucuzlaşması üçün əsas drayver enerji qiymətləridir. Qlobal miqyasda enerji qiymətlərində artım onun idxal xərcinə böyük yük salır ki, bu da ölkə daxilində inflyasiyanı artırır.
Hindistan Ehtiyat Bankı uçot faiz dərəcəsini ötən iclasda, iyulun əvvəlində 50 baza bəndi artırmaqla 4.5%-ə yüksəltdi, bu bəs etmir. Ölkədə istehlak qiymətləri indeksi 8% ətrafında dəyişir.
Son saatlarda ən çox ucuzlaşan “Emerging” valyutalardan Türk lirəsi və Cənubi Afrika Randıdır.