Hindistan şirkətləri artıq Rusiya nefti üçün Çin yuanı ilə hesablaşmalara başlayıblar, lakin bu cür əməliyyatların payı hələlik cüzi olaraq qalır. Bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.
“Belə hesablaşmalar artıq başlayıb, lakin onların payı hazırda, məncə, kiçikdir. Əsasən ödənişlər rubl ilə aparılır”, – deyə Иaş nazirin müavini qeyd edib.
Əvvəllər Dehli Rusiya neftinə görə qonşusu və siyasi rəqibi olan ölkənin valyutası ilə hesablaşmağa uzun müddət qarşı çıxırdı. Lakin görünür, iqtisadi amillər üstün gəlib. Hər iki ölkənin valyutası sərbəst dəyişdirilən deyil, lakin Çin yuanı Hindistan rupisindən daha azad hesab olunur. Pekin valyuta intervensiyalarını Dehlidən qat-qat az həyata keçirir. Üstəlik, son vaxtlar yuan möhkəmlənir, rupi isə uzunmüddətli eniş tendensiyasını qoruyur. Bundan əvvəl Dehli Rusiya neftinə görə ödənişlərdə BƏƏ valyutasından da istifadə edib.