24 C
Baku
Thursday, June 30, 2022

Hindistan Rusiyadan “Ka-31” helikopterlərinin alınmasına dair danışıqları dayandırıb

Hindistan Rusiya-Ukrayna müharibəsi fonunda silah tədarükündəki qeyri-müəyyənliyə görə, 10 ədəd dəniz bazalı, radiolokasiya izlənməsi sistemli “Ka-31” helikopterinin satın alınması ilə bağlı Rusiya ilə danışıqları dayandırıb.

Banker.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Hindistanın “Defence News” nəşri məlumat yayıb.

“Hindistan hökuməti “Rosoboroneksport” və orijinal avadanlıq istehsalçısı olan “Vertolyotı Rossii” ASC ilə danışıqları qeyri-müəyyən müddətə dayandırıb”, – nəşr ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb.

Onların fikrincə, danışıqların dayandırılmasına, digər məsələlərlə yanaşı, ödəniş köçürmələri ilə bağlı problemlər də səbəb olub.

Xatırladaq ki, Hindistan 2019-cu ilin may ayında Rusiyaya “Ka-31” helikopterləri almaq üçün müraciət etmişdi, lakin pandemiya səbəbiylə danışıqlar dayandırılmışdı. Danışıqlar bir də 2022-ci ilin fevralında tərəflərin 10 “Ka-31” helikopteri üçün 520 milyon ABŞ dolları məbləğində vəsait ödəniləcəyi barədə razılığa gəlinməsindən sonra bərpa edilib.

Hazırda Hindistan Hərbi Dəniz Qüvvələrində 14 radiolokasiya izlənməsi sistemli “Ka-31” helikopteri var. Onlar 2003-2015-ci illərdə Rusiyadan satın alınıb.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər