17 C
Baku
Friday, October 31, 2025

Hindistan Rusiyadan neft alışını bərpa edib

Hindistanın ən böyük neft emalı şirkəti “Indian Oil Corp.” (IOC) sanksiyalar altına düşməyən şirkətlərdən beş partiya Rusiya nefti alıb. Bu barədə treyderlərə istinadən “Reuters” məlumat yayıb.

“Reuters”in məlumatına görə, IOC Dubay kotirovkalarına uyğun qiymətə ümumilikdə 3,5 milyon barel ESPO markalı Rusiya neftini əldə edib.

ABŞ-nin 22 oktyabrda “LukoilL” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq etməsindən sonra Hindistanın aparıcı enerji şirkətləri, o cümlədən “Reliance Industries” Rusiya neftinin alışını dayandırmışdı. Lakin IOC-nin maliyyə direktoru Anuj Ceyn bildirib ki, şirkət sanksiyaları pozmadığı təqdirdə Rusiya neftini almağa davam edəcək.

Son xəbərlər
Digər xəbərlər