10 C
Baku
Thursday, December 12, 2024

Hindistan Rusiyadan neft alışını iki dəfə artırıb

Hindistan ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, Rusiyadan xam neftin alışını ikiqat artırıb.

Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə aprelin 20-si “Bloomberg” agentliyi yazıb.

Ölkənin dövlət neft emalı zavodları daha yaxşı qiymətlər əldə etmək üçün tender yolu ilə satınalma əvəzinə, danışıqlar yolu ilə müqavilələr bağlamaq variantını nəzərdən keçirir.

Qeyd olunur ki, ABŞ Prezidenti Co Baydenin keçən həftə Hindistanın Baş naziri Narendre Modiyə Ağ Evin ölkəyə enerji idxalını şaxələndirməyə kömək etməyə hazır olduğunu dediyi bildirilir. Bununla belə, tətbiq edilən sanksiyaların bəziləri Rusiya neftini Hindistan üçün ucuz və cəlbedici edir.

Agentliyin məlumatına görə, fevralın sonundan bu yana ölkə milyonlarla barel “Urals”, “ESPO”, o cümlədən “Sokol” (Uzaq Şərqdə istehsal olunur) neft məhsullarını alıb.

Aprelin 12-si OPEC-in Baş katibi Məhəmməd Barkindo Avropa İttifaqı (Aİ) rəsmiləri ilə görüşdə Rusiya neftinin ixracını əvəz etməyin demək olar ki, mümkün olmadığını söyləyib. O bildirib ki, bazara iqtisadi deyil, siyasi amillər təsir edir, ona görə də təşkilatın imkanları ciddi şəkildə məhdudlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər