Hindistan G20-yə sədrliyi dövründə Rusiyaya qarşı yeni sanksiyaların müzakirə edilməsini istəmir.
Bu barədə Reuters agentliyi Hindistanın 6 yüksək rütbəli hökumət rəsmisinə istinadən məlumat yayıb.
“Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar sülhün təmin olunmasına mənfi təsir göstərib”, – deyə rəsmilərdən biri bildirib.
Digəri isə əlavə edib ki, sanksiyaları müzakirə etmək G20 üzvləri üçün müzakirə mövzusu deyil: “G20 bloku iqtisadi artıma dair məsələlərin müzakirəsi üçün forumdur”, o deyib.