Hindistan ölkədə istehsal olunan şəkərin ixracına məhdudiyyət müddətini 2023-cü ilin oktyabrınadək uzadıb.
Bu barədə Hindistan hökumətinin bugünkü qərarında deyilir.
Qeyd edək ki, Hindistan şəkər ixracına məhdudiyyəti iyunun 1-də altı aylıq müddətə tətbiq etmişdi. Məhdudiyyət çərçivəsində 10 milyon ton şəkər ixracına icazə verilib.
Hindistan dünyanın ən iri şəkər istehsalçısı və ixracatçısı hesab olunur. 2021-2022-ci təsərrüfat ilində ölkədə 50 milyon tondan çox şəkər qamışı, 35,7 milyon ton şəkər çuğunduru istehsal olunub.